AZ

Tiktoker “Roşka” 3 dəfə intihara cəhd edib – MƏHKƏMƏDƏ DANIŞDI

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi prosesi başlayıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Süleymanov ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində 3 dəfə intihara cəhd etdiyini bildirib:

“Uşaqlıqdan musiqiyə həvəsim olub. Bəli, TikTok-da qeyri-etik paylaşımlar, yayınlar etmişəm, Bunu danmıram, amma bu məsələyə görə özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam. Onlar mənim dostlarım, qardaşlarımdır. Hamımız eyni maddə ilə ittiham olunmuşuq.

Xahiş edirəm bu məsələdə bərabərlik təmin olunsun. Evin tək uşağıyam, heç bir dayağım yoxdur. Dövlətimi özümə dayaq bilirəm. Bəli, məni evdə gözləyən ailəm yoxdur, amma məni sevən insanlar var. Xahiş edirəm, işimə ətraflı və ədalətli şəkildə baxılsın. Sizin ədalətə güvənirəm. Mənim dövlətdən başqa heç kimim yoxdur. Xahiş edirəm məni ev dustaqlığına buraxın”.

Təqsirləndirilən şəxsin müdafiəçisi Muradlı Mircəlal  müvvəkilinin ev dustağlığına buraxılmasını xahiş edib.

Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşıb.

Vəsatət təmin olunmayıb.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.

Seçilən
22
5
heftelik.az

6Mənbələr