Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası heyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda İngiltərənin “Çelsi” klubundan Joau Feliksi transfer edib. Tərəflər arasında iki illik müqavilə bağlanıb.
London təmsilçisi forvardın satışından bonuslarla birlikdə 50 milyon avroya yaxın gəlir əldə edəcək.
“Əl-Nəsr”də Feliksin Portuqaliya millisindən komanda yoldaşı olan Kriştianu Ronaldo da çıxış edir.