Norveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, norveçli diplomat R.A.Yohansenə Rusiya şirkətlərinin balıqçı gəmilərinə qoyulan məhdudiyyətlərlə əlaqədar etiraz notası təqdim edilib.
Məlumat üçün əlavə edək ki, Norveç hökuməti ikitərəfli iqtisadi zonada Rusiyanın Avropa İttifaqının (Aİ) sanksiya siyahılarına daxil edilmiş "Norebo" və "Murman Sifud" ASC balıqçılıq şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib. Qeyd olunur ki, hazırda şirkətin gəmiləri Norveç limanlarına və sularına giriş imkanlarını itirib.