AZ

“Açıq məktub” filmi nə vaxt nümayiş olunacaq?

“Çinar Film” şirkəti tərəfindən istehsal olunan qısametrajlı (14 dəqiqə) “Açıq məktub” eksperimental filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır.

Kulis.az xəbər verir ki, filmin ssenari müəllifləri İsmayıl İman və Türkan Hüseyn, quruluşçu rejissoru və operatoru, həmçinin prodüseri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Türkan Hüseyndir. Baş rolda Orxan İsgəndərli çəkilib. Səs dizayneri isə Hafiz İbrahimlidir.

“Açıq məktub” filmi iki sevgilinin gündəlik həyat fonunda bir-birinə göndərdiyi səs yazıları üzərində qurulub. Rejissorun əvvəllər çəkdiyi Bakı görüntüləri arxiv materialı kimi filmə daxil edilib. Film hazırda montaj mərhələsindədir.

Seçilən
8
3
kulis.az

4Mənbələr