Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Estetik əməliyyatlara maraq ildən-ilə artır. Amma hər cərrahi müdaxilə arzuolunan nəticə ilə bitmir. Bəzi əməliyyatlar gözəllik əvəzinə ciddi sağlamlıq problemlərinə səbəb olur.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı plastik cərrahi uzmanı Dilqəm Məmmədovun sözlərinə görə, hər bir cərrahi müdaxilə risk daşıyır. Lakin bəzi plastik əməliyyatlar peşəkar şəkildə aparılmalıdır:
"İlk növbədə risk daşıyan əməliyyat BBL ( Brazilian Butt Lift) dediyimiz sarğı nahiyəsinin şəkilləndirmə əməliyyatıdır. Bu əməliyyatda ölüm riski 3000/1 sayılır. İkinci sırada liposaksiya ( piy sovurma) əməliyyatıdır. Bu əməliyyatda dəri ilə əzələ arasındakı yağ toxumaları götürülür, daha sonra üzgərmə əməliyyatıdır, çünki burda da qanama riski, tikişlərin izi məsələsi var.
Daha az riskli olan əməliyyatlar isə düzgün edilmədikdə müəyyən fəsadlara səbəb ola bilər. Bunlardan biri də göz qapağını şəkilləndirmə əməliyyatıdır. Çünki burda əzələlər, dərini ciddi şəkildə kontrol etmək lazımdır".
Bəs bu əməliyyatların qiyməti necədir?
BBL - 6250- 7560 azn
Rinoplastika - 2500-7000 azn
Liposaksiya - 5000- 10 000 azn
Qarın gərmə - 3800-8000 azn
Üz gərmə - 4000 - 6000 azn
Qeyd edək ki, əməliyyatların qiyməti tibb müəssəsindən asılı olaraq dəyişə bilər.
Aysel Əkbər
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.