AZ

Nüvə proqramı ABŞ üçün bəhanədir, əslində…

İranın nüvə proqramı ABŞ-ın İslam Respublikası ilə qarşıdurmanı davam etdirməsi üçün bəhanədir.

Axar.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xamenei deyib.

"Nüvə problemi, uranın zənginləşdirilməsi, insan haqları və bu qəbildən olan şeylər sadəcə bəhanədir. Əslində, onlar bizim əqidəmiz və təlimlərimizə qarşıdırlar", - Xamenei qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İrana xəbərdarlıq edib. O bildirib ki, əgər İranın nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, yeni zərbələrə hədəf olacaq.

Seçilən
46
8
axar.az

9Mənbələr