AZ

Oskar mükafatı qazanan filmdəki aktivist öldürüldü - VİDEO

Fələstinlilərin mübarizəsini əks etdirən, Oskar mükafatlı “Getməyə yer yoxdur” (No Other Land) sənədli filmində rol alan aktivist Avde Hadalin radikal sağçı məskunlaşanlar tərəfindən öldürülüb. 

Moderator.az xəbər verir ki, bu barədə Fələstin rəsmi dairələri məlumat yayıb. Bildirilib ki, İordan çayının Qərb sahilində, Əl-Xəlil şəhəri yaxınlığındakı Məsafir Yatta bölgəsində edilən hücumda Hadalin  öldürülüb. 

İsrail mediasında yayılan xəbərlərdə isə 31 yaşlı fələstinli aktivistin güllələndiyi və Soroka Tibb Mərkəzinə çatdırıldığı, lakin bütün müdaxilələrə baxmayaraq, xilas edilə bilmədiyi qeyd olunub.

Hücum edənlər arasında ABŞ, Kanada, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiya siyahısına daxil edilən radikal sağçı Yinon Levinin də olduğu bildirilir. Levinin fələstinlilərin üzərinə atəş açdığı və baş verən qarşıdurmada Hadalinin ağır yaralandığı qeyd olunur.

İsrail ordusunun tətbiq etdiyi dağıntı və sürgün siyasətinə qarşı fələstinlilərin apardığı mübarizəni əks etdirən sənədli filmin rejissorlarından Yuval Abraham sosial şəbəkədəki paylaşımında Levi'nin silahlı görüntülərini yayımlayıb. Rejissor paylaşımında fələstinli aktivistin hücum zamanı yaralandığını və həyatını itirdiyini yazıb. 

Bu il Oskarda Ən Yaxşı Sənədli Film Mükafatını qazanan ekran əsərində hadisələr İordan çayının Qərb sahilinin cənub ucundakı Məsafir Yatta bölgəsində cərəyan edir. Sənədli film 2019-2023-cü illərdəki real hadisələri əks etdirir. Həmin hadisələr zamanı İordan çayının Qərb sahili və Şərqi Qüdsdə azı min fələstinli öldürülüb, təxminən 7 min nəfər yaralanıb və 18 mindən çox insan həbs edilib.

Seçilən
8
1
moderator.az

2Mənbələr