AZ

Vəhdət Partiyası Abşeronda konfrans keçirdi - Fotolar

İyulun 27-də Vəhdət Partiyasının Abşeron rayon təşkilatının konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir dövlət himnin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanıb.

İclasın idarə heyəti və katiblik seçildikdən sonra nümayəndələrin səlahiyyətləri təsdiqlənib.

106 nəfərin iştirak etdiyi konfransda Abşeron rayon təşkilatının sədrliyinə Atlas Əsədova yekdilliklə seçilib.

Şairə Xumar Yusifli ilə yanaşı, GHT sədri Ələşbərova Aynura, Qurbanov Xəyal, İbrahimov İbrahim və Said Zəydar çıxış edərək Vəhdət Partiyasının inkişafı, gənclərin və xanımların partiyada fəallığının artırılması, dövlətçilik dəyərləri və Prezident İlham Əliyevin siyasətinə dəstək fikirlərini bildiriblər.

Partiyanın sədri Adəm İsmayıl Bakuvi çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində Prezident İlham Əliyevin siyasi kursunun həlledici rol oynadığını vurğulayıb. Gənclərə və qadınlara yönəlik dövlət siyasətinə uyğun olaraq, partiyada bu istiqamətdə işlərin daha da genişlənəcəyini qeyd edib.





Seçilən
3
4
qafqazinfo.az

5Mənbələr