AZ

Platininin təxminən 20 qəniməti oğurlandı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Mişel Platini şok vəziyyətinə düşüb. Sabiq fransalı futbolçunun evi qarət olunub.“Footmercato”nun məlumatına görə, hadisə iyulun 18-də səhər saatlarında Platininin Buş-dü-Ron bölgəsində yerləşən iqamətgahında baş verib. UEFA-nın sabiq prezidenti evinin yaxınlığında bir cinayətkarı görüb. 70 yaşlı canlı əfsanə daha sonra bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb. Hələ ki Platiniyə dəymiş ziyanın məbləği müəyyən olunmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
icma.az

3Mənbələr