Tvitterin qurucusu (hazırki “X”) Cek Dorsinin təqdim etdiyi “Bitchat” adlı “Bluetooth” əsaslı mesajlaşma tətbiqi artıq iOS platformalarında istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu, internet bağlantısı olmadan mesajlaşmanı mümkün edən ilk tətbiqlərdən biri hesab olunur.
İlk olaraq Android cihazlarda test edilən “Bitchat” artıq “iPhone”, “iPad”, “Mac” və “Apple Vision Pro” kimi “Apple” cihazları üçün “App Store”-da əlçatandır.
Ənənəvi mesajlaşma tətbiqlərindən fərqli olaraq, “Bitchat” “Bluetooth” texnologiyası vasitəsilə işləyir. Bu texnologiya sayəsində istifadəçilər 300 metrə qədər məsafədə internet bağlantısına ehtiyac duymadan bir-birilə ünsiyyət qura bilərlər.