AZ

Bezmişəm, kimsənin başına gəlməsin! Mauro İkardinin qardaşı

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qalatasaray”ın dünya şöhrətli hücumçusu Mauro İkardi ötən mövsüm Avropa Liqasının “Tottenhem”lə oyununda zədələnmiş və uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. 

Sherg.az xəbər verir ki, Yeni mövsüm öncəsi komanda ilə birlikdə məşqlərini davam etdirən argentinalı ulduzun şəxsi həyatı isə gündəmdən düşmür.

Uruqvaylı sosial media fenomeni Nataşa Rey ilə yazışmalarının mediaya sızmasından sonra, ilk mesajı göndərənin Rey olduğu üzə çıxmış və məsələ uzun müddət ictimaiyyətin diqqətində olmuşdu.

Ulduz futbolçunun qardaşı Guido İkardi baş verənlərə münasibət bildirərək Mauro İkardini müdafiə edib. O, Instagram hekayəsində belə yazıb:

"Cəmi 15 dəqiqəlik məşhur olmaq üçün deyilən bu cəfəngiyyatların arxasında bir ailə var. Uşaqlar, atalar, analar... Mən olsaydım, pul qazanmaq üsullarımı bir daha düşünərdim. Sosial mediada mənim və ailəmin haqqında qarayaxma kampaniyası aparan insanlarla daim rastlaşıram. Bəli, artıq bezmişəm. Heç kimin başına gəlməsini istəmərəm."

Argentina mətbuatının yazdığına görə, Guido bu paylaşımı, Mauro İkardi ilə Natasha Rey arasındakı əlaqəyə dair xəbərlərin yayılmasından sonra edib. Qeyd olunur ki, yayılan spekulyasiyalar İkardi ailəsində ciddi narahatlıq yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sherg.az

2Mənbələr