Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Çelsi"nin və Portuqaliya millisinin hücumameyilli yarımmüdafiəçisi Joao Feliks məşhur həmyerlisi Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr" klubuna keçib.
İdman.biz xəbər verir ki, 25 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
Daha əvvəl mətbuatda transferin ilkin dəyərinin 30 milyon avro təşkil edəcəyi, lakin bonuslarla birlikdə bu məbləğin 50 milyon avroya qədər arta biləcəyi barədə məlumatlar yayılmışdı.
Feliks 2024-cü ilin yayında Madrid "Atletiko"sundan "Çelsi"yə keçib. Ötən mövsümün ikinci yarısını isə icarə əsasında "Milan"da keçirib. "Transfermarkt" portalının təqdim etdiyi məlumata görə, futbolçunun transfer dəyəri 20 milyon avrodur.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.