AZ

Tokayev Türkiyəyə rəsmi səfər edib

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarını prezident administrasiyasında rəsmi mərasimlə qarşılayıb. Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsinə dair məsələləri müzakirə etmək üçün Prezident Administrasiyasında bir araya gələcəklər. Bununla yanaşı, liderlərin həmsədrliyi ilə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçiriləcək.

İclasda iki ölkə arasında mövcud strateji tərəfdaşlığın gedişatı və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı, eyni zamanda, həm Türkiyə, həm də Qazaxıstan ərazisindən keçən Orta Dəhlizin inkişaf etdirilməsi, enerji, müdafiə sənayesi, qarşılıqlı ticarət, kənd təsərrüfatı, media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni hədəflərin müəyyən olunacağı gözlənilir.

Seçilən
4
3
Ajans.az

4Mənbələr