AZ

Həftəsonunadək anomal istilər olacaq - XƏBƏRDARLIQ

Həftəsonunadək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Avtosfer.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39 dərəcə, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34 dərəcə, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-də isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Seçilən
72
49
avtosfer.az

10Mənbələr