AZ

BŞTİ-nin mənimsəmədə ittiham edilən keçmiş əməkdaşına hökm oxunub

Bakı Şəhər Təhsil İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şahin Təhmazova 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib.

Qeyd edək ki, Şahin Təhməzov dövlət tərəfindən cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xüsusi məktəbə ayrılan 84 min manat vəsaiti mənimsəməkdə ittiham olunub. İttihama görə, o, məktəbə bəzi əməkdaşları işə götürmüş kimi qeyd edib və dövlət tərəfindən məktəbə ayrılan həmin işçilərin maaşı kimi nəzərdə tutulmuş vəsaiti bir neçə il ərzində mənimsəyib.

Şahin Təhməzova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və digər maddələr üzrə yekun ittiham elan olunub.

Seçilən
31
3
apa.az

4Mənbələr