AZ

Gəncə MKTB yenə T.T.Ş. İnşaat MMC yə tender verdi Bu dəfə 712 min...

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) "T.T.Ş.-İnşaat" MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət MKTB-nin bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 712 425 manatdır. 

"T.T.Ş.-İnşaat" MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 27 411 149,86 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur. Ondan əvvəl şirkəti Eldarov Tərlan Salman oğlu təmsil edib. Adıçəkilən şəxslərin heç biri haqqında açıq mənbələrdə məlumat yoxdur. 

Şirkətin prezidenti Qorxmaz Paşayevdir. O, eyni zamanda "Alıbəyli" Kooperativinin, "Alıbəyli” Kiçik Müəssisəsinin və "Alıbəyli Şirkəti” MMC-nin prezidentidir. Bu barədə "T.T.Ş.-İnşaat” MMC-nin saytında qeyd olunub. 

Qorxmaz Paşayevin adı zaman-zaman baş nazirin keçmiş müavini Əli Həsənovun yaxın adamı kimi çəkilib. "T.T.Ş.-İnşaat” MMC-nin daha çox "Qaçqınkom”un tenderlərində qalib seçilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Əli Həsənov işdən çıxarılandan sonra isə Qorxmaz Paşayevin də biznesini xaricə köçürdüyü barədə məlumatlar yayılmışdı. Bu məlumatların təkzib olunmasına rast gəlinmir. 

Əsasən iri məbləğli tenderlərin qalibi seçilən "T.T.Ş.-İnşaat” MMC haqqında media resurslarında tənqidi yazılara daha çox rast gəlinir. Bu yazılarada "T.T.Ş.-İnşaat” MMC "şübhəli şirkət” kimi təqdim olunur. 

Şirkətin qalib gəldiyi tenderlər isə daha çox inşaat işləri ilə bağlıdır. Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, "T.T.Ş.-İnşaat” MMC 1 il ərzində 105 098 393,44 manatlıq satınalma müqaviləsi bağlayıb. 

Şirkətin əsas sifarişçilərindən biri də Gəncə şəhər MKTB-dir. MKTB ötən il də Qorxmaz Paşayevə məxsus "Alıbəyli Şirkəti” MMC ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 731 965,8  manat olan satınalma müqaviləsində  bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması nəzərdə tutulur. 

Gəncə şəhər MKTB Gəncə Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
qaynarinfo.az

1Mənbələr