AZ

İran erməniləri Məsud Pezeşkiana qarşı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İran Prezidenti Məsud Pezeşkianın ötən şənbə günü ölkənin Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə regional siyasətlə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələr, hətta etirazlar doğurub.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə bəhs edilir.

Bildirilir ki, Pezeşkian ilk növbədə bu sahədə "baxışın dəyişdirilməsinin" zəruriliyini vurğulayıb.

"O, xüsusən qonşu dövlətlərlə əlaqələrə yenidən baxmağın vacibliyini qeyd edərək deyib:

"Region ölkələri ilə münasibətlərdə gərək açıq ürəklə müştərək xüsusiyyətlərə istinad edək və yanaşmalardakı ixtilafları, baxış fərqlərini kənara qoyaq. Qonşu ölkələr və region dövlətləri arasındakı birlik bizim hamımızı çox güclü edər". Pezeşkian daha sonra məsələni bir qədər də konkretləşdirərək əlavə edib: "Gərək qonşu ölkələrlə, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan Respublikası, Əfqanıstan, Pakistan, İraq və Körfəz ölkələri ilə əlaqələrimizi gücləndirək. Əgər qonşu dövlətlərlə münasibətlərimizi islah etsək, böyük işlər görə bilərik".

Məsud Pezeşkianın qeyd etdiyi qonşu ölkələr sırasında Ermənistanın adını çəkməməsi İran ermənilərinin və ermənipərəst İran ekspertlərinin narazılığına səbəb olub. Bununla əlaqədar İran ermənilərinin "Hur" Tərcümə və Tədqiqat Mərkəzi Pezeşkiana müraciətlə "Cənab prezident, Ermənistan İranın qonşusu deyil?" başlığı ilə geniş məqalə yayıb. Bəzi İran saytlarında da dərc olunan həmin məqalədə Ermənistan İranın ən yaxşı qonşusu kimi təqdim olunaraq yazılıb: "Prezidentin açıqlamasında diqqət çəkən məqam İranın yeganə xristian qonşusu olan Ermənistanın yaddan çıxarılmasıdır. Ümid edək ki, bu, mexaniki bir səhvdir. Çünki əksər ekspertlərin və rəsmilərin fikrincə, bu günə qədər İranın ən yaxşı və problemsiz qonşusu Ermənistan olub. Təbii ki, Paşinyanın hakimiyyəti dövründə iki ölkə arasında münasibətlərdə yaranan problemləri qeyd etməmək ədalətdən uzaq olardı, lakin Azərbaycan və Türkiyə kimi digər qonşuların İrana qarşı düşmənçilik hərəkətləri ilə müqayisədə bu problemlərin çox əhəmiyyətsiz olduğunu əminliklə söyləmək olar".

Ətraflı süjetdə:

İran erməniləri Məsud Pezeşkiana qarşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
oxu.az

4Mənbələr