AZ

Büdcə təşkilatlarında elektron mühasibat uçotunun mərhələləri müəyyən edilib

Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək: – Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən. – Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

MənbəAPA
Seçilən
40
21
banker.az

10Mənbələr