Yeni mövsümə hazırlığını davam etdirən “Sumqayıt” futbolçularından biri ilə müqaviləni uzadıb. Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Səbuhi Abdullazadəni komandada saxlaya bilib.
23 yaşlı yarımmüdafiəçi daha 2 il “Sumqayıt”ın formasını geyinəcək.
Milli komandamıza da cəlb olunan Səbuhi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda 1 qol vurub.