Hindistanda 1 yaşlı körpə oynayan zaman ona yaxınlaşan 70 santimetr uzunluğundakı kobranı dişləyərək onu yarıya bölüb.
Xalqcebhesi.az xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, kobranı dişləyərək iki yerə böldükdən sonra ölümünə səbəb olan körpədə zəhərlənmə olmayıb. Körpə əvvəlcə ilkin tibbi yardım müəssisəsinə aparılıb, daha sonra hərtərəfli müayinələr üçün başqa tibb müəssisəsinə köçürülüb.
Dişləri ilə kobranı ikiyə bölən körpənin səhhətinin yaxşı olduğu bildirilir.
Mütəxəssislər ilan hücumlarının artdığını və bunun sürünənlərin sayının artması ilə əlaqəli ola biləcəyini deyirlər.
Məryəm Quliyeva