AZ

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1252-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 73 389 PUA-sı, 624 zenit-raket kompleksi, 24 375 tank və digər zirehli texnikası, 1 583 reaktiv yaylım atəş sistemi, 27 948 artilleriya və minaatanı, 38 855 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
33
49
adalet.az

10Mənbələr