ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sumqayıt" Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən açıqlama yayılıb.
23 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. "Sumqayıt"ın akademiyamızın yetirməsi olan Səbuhi 2017/2018-ci illər mövsümündə əsas komandada debüt edib.
Qeyd edək ki, Abdullazadə ötən mövsümdə 38 oyunda iki qol və dörd ötürmə ilə fərqlənib.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.