AZ

"Onun atmacalarına cavab verə bilmərəm" - Qurban Qurbanov

"Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq".

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- FKSB-nin prezidenti Cici BEkali sizə söz ataraq, komandasını motivasiya edir, komandanızı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiz?

- Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Bütün diqqətimiz sabahkı oyunadır. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.

- Zədəlilərin durumu necədir?

- Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Bolt olmayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah "23-lüy"ə salarıq. Amma oynaması hələ ki böyük riskdir. Qarşıdakı oyuna da gedişata uyğun addım atacağıq. Zədə elə bir şeydir ki, son vaxtlarda dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir.

- FSKB-nin "Şkendiya" ilə oyunu izləmək planınızda var?

- O oyuna heç kim getməyəcək. Əgər imkan olsaydı, addım atardıq. İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun.

- Tahir Gözel deyib ki, hücum xəttinə oyunçu transfer etmək istəyirsiz. Hücumçu transfer etmək istəyirsiz?

- Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə oyunçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu sanki danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təklifləri oldu, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. Həm idman formasından, işə yanaşmasından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Onlar neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirək. Bir-birilərini tamamlasınlar. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə daha da sığortalamaq istəyirəm işimizi. Yaxın vaxtlarda alınsa mütləq transfer etmək istəyirik.

- Hələ ki "Qarabağ"ın əsas qapıçısı fikri hələ ki yoxdur. Çünki bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır...

- Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azından çempionata kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlayaq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdə işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışırqı ki, onu meydana buraxaq, haqqını alsın. Ya da, Şahruddin və ya Koxalski. Hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik. Nə qədər yaxşı olsaq da, daim onun daha yaxşısını axtarırıq. Sizlər də, azarkeşlər də gözləyir.

- Sami Mmae "Qarabağ"a keçəndə, "Dinamo" azarkeşlər sosial şəbəkələrdə "Qarabağ"a təşəkkür etmişdilər ki, "sağ olun ki, onu transfer etdin"...

- Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. O qədər fərqli-fərqli sistemlər var ki, ayrılıqda özlərinin böyük uğurları var. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlirsə, dəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur.

Seçilən
28
18
far.az

10Mənbələr