AZ

Ata miras üstündə oğullarını güllələdi - Ölən var

Türkiyədə ata miras davası zamanı oğullarını güllələyib.

Gundem.az xəbər verir ki, hadisə Adana şəhərində baş verib.  Belə ki, 69 yaşlı Erol Köse 42 yaşlı oğlu Nihat Köseni güllələyərək öldürüb, 34 yaşlı Mesut Köseni isə ağır yaralayıb. Hadisə şahidlərinin sözlərinə görə, atışma ailədə miras mübahisəsi zəminində baş verib.

Oğullarını güllələyən şəxs onları təpikləməyə davam edib. Zərərçəkənlər qonşular tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Nihat aldığı yaralardan dünyasını dəyişib, Məsut əməliyyat olunub və reanimasiyadadır.

Hadisəni törədən şəxs isə evinin yaxınlığında saxlanılıb və polis tərəfindən sorğu-sual edildikdən sonra həbs edilib. 

Seçilən
7
1
gundem.az

2Mənbələr