AZ

"Sumqayıt" millimizin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, klubun akademiyasının yetirməsi olan 23 yaşlı futbolçu daha 2 il "kimyaçılar"ın şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü olan Səbuhi Abdullazadə ötən mövsüm "Sumqayıt"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
20
sportal.az

1Mənbələr