AZ

Seul ABŞ KXDR sammiti ideyasını dəstəkləyir

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Biz Koreya yarımadasında sülh və Şimal-Şərqi Asiyada sabitlik naminə zirvə görüşlərinin bərpasını fəal şəkildə dəstəkləyirik”

Cənubi Koreya hökuməti Koreya yarımadası regionunda sabitliyin və sülhün təmin edilməsi məqsədilə Koreya Xalq Demokratik Respublikası (KXDR) və ABŞ arasında sammitin keçirilməsinin tərəfdarı olmaqda davam edir. AYNA.AZ xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyinin nümayəndəsinə istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb.

“Biz Koreya yarımadasında sülh və Şimal-Şərqi Asiyada sabitlik naminə Şimali Koreya və ABŞ arasında zirvə görüşlərinin bərpasını fəal şəkildə dəstəkləyirik”, - Cənubi Koreya rəsmisi bildirib.

Qeyd edək ki, KXDR və ABŞ liderləri Kim Çen In və Donald Tramp 2018 və 2019-cu illərdə Sinqapurda və Hanoyda görüşüblər.

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini Kim Yo-jonq bir müddət əvvəl bildirmişdi ki, Amerika tərəfi dialoqda maraqlı olarsa, Vaşinqton yeni reallığı tanımalı və KXDR-in tam nüvəsizləşdirilməsi istəyindən əl çəkməlidir. KXDR-in nüvə statusu konstitusiyada təsbit olunub. Kim Çen Inın bacısı KXDR və ABŞ liderləri arasında “yaxşı şəxsi münasibətləri” inkar etməyib, lakin onun fikrincə, bunlardan Pxenyanı nüvə silahından imtina etməyə inandırmaq cəhdi üçün istifadə edilməməlidir.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp tam nüvəsizləşdirməyə nail olmaq üçün KXDR lideri ilə təmaslara hazırdır. Eyni mövqe Kim Yo-jonqun bəyanatından sonra da təkrarlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
ayna.az

1Mənbələr