AZ

BVF 2025-ci ildə qlobal inflyasiyanın yavaşlayacağını gözləyir

Qlobal inflyasiya 2025-ci ildə 4,2 %-ə, 2026-cı ildə isə 3,6 %-ə qədər azalacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) çərşənbə axşamı dərc edilmiş “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyul hesabatında deyilir.

Eyni zamanda, inflyasiya tendensiyalarının ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqləndiyi bildirilir: proqnoza görə, ABŞ-də inflyasiya hədəf səviyyəsindən yüksək olaraq qalacaq, digər böyük iqtisadiyyatlarda isə daha mülayim olacaq.

Qeyd edək ki, ötən il qlobal inflyasiya 5,8 % təşkil edib.

MənbəREPORT
Seçilən
27
1
banker.az

2Mənbələr