AZ

Yevlaxda ağır yol qəzası: bir ailənin yeddi üzvü yaralandı

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb.

Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
10
olke.az

10Mənbələr