Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə Trampın son bəyanatlarına Kremlin reaksiyasından, Rusiyanın kimlərlə bağlı müttəfiqi sayılmasından və beynəlxalq münasibətlərin normallaşması üçün nəyin zəruriliyindən danışıb.
Beləliklə;
Rusiya-Ukrayna münaqişəsi haqqında
Kreml ABŞ prezidentinin Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq üçün müddətin qısaldılması ilə bağlı bəyanatlarını nəzərə alıb.
Rusiya Federasiyası “XHƏ”-ı davam etdirir, lakin öz maraqlarını dinc vasitələrlə qorumaq istəyir.
Rusiya həmişə 1941-ci ildə səsləndirdiyi “Bizim işimiz ədalətlidir, düşmən məğlub olacaq, qələbə bizim olacaq!” düsturuna əməl edir.
Beynəlxalq münasibətlər üzrə
Vladimir Putinlə Donald Tramp arasında mümkün görüş məsələsi mahiyyət baxımından gündəmdə olmayıb, gündəmdə də yoxdur.
Hazırda Rusiya Federasiyası ilə ABŞ arasında START müqaviləsinin uzadılması ilə bağlı heç bir əlaqə yoxdur.
Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin normallaşması ləngiyir. Bu prosesi sürətləndirmək üçün hər iki tərəfdən təkan lazımdır.
Moskva Tehran, Pekin və Pxenyanı özünün müttəfiqi hesab edir.
Avropada Rusiyanın düşmən imicinin formalaşdırılması istiqamətində işlər davam edir, Moskva bundan təəssüflənir.
Rusiya prezidentinin planları haqqında
Putin Kremldə Sberbank-ın rəhbəri German Qreflə görüşəcək.
//Samir Qurbanov, Editor.az