AZ

Yevlaxda avtomobil aşdı: yaralananlar var

Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir.

Seçilən
47
6
moderator.az

10Mənbələr