AZ

Ərdoğan Tokayevlə bu məsələlərdən DANIŞDI

  Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında danışıqlar olub.

Referans xəbər verir ki, tərəflər iki dövlət arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi yollarını araşdırıblar.

Ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, eləcə də humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə mövzusuna çevrilib.

Tokayev səmimi qəbula görə türkiyəli həmkarına minnətdarlığını bildirib. Ərdoğan cavabında ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmaq istədiyini açıqlayıb.  

Seçilən
51
1
referans.az

2Mənbələr