İranda təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı 11 nəfər öldürülüb. Onlardan səkkizi bir ailənin üzvü olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Silahlı hücum İsfahan, Cənubi Xorasan və Yəzd əyalətlərinin sərhədində törədilib.
Polis həm yerüstü qüvvələr, həm də helikopterlə havadan həyata keçirilən əməliyyat nəticəsində bu şəxslərin öldürüldüyünü açıqlayıb.
Hərbi qüvvələr etnik bəlucları pusquya salaraq onları həm qurudan, həm də havadan hədəfə alıb.
Rəsmi məlumatda bildirilib ki, öldürülən şəxslərin üzərindən dörd tondan artıq narkotik maddə aşkarlanıb. Onlara məxsus iki avtomobil və bir motosiklet isə məhv edilib.