ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” start götürəcək. 4 gün davam edəcək beynəlxalq turnirə Azərbaycan millisi 4 idmançı ilə yollanıb.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.