AZ

Qusarda suvarma sistemləri ilə bağlı problemlər MÜZAKİRƏ OLUNDU - FOTO

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə rayon icra nümayəndələri, bələdiyyə sədrləri, Qusar Suvarma Sistemləri İdarəsinin rəhbər şəxsləri iştirak ediblər.
 

İclasda rayon ərazisində su birliklərinin fəaliyyəti, suvarma sistemlərinin ümumi vəziyyəti, mövcud problemlər, əkin sahələrinin su ilə təminatı, həmçinin suvarma suyuna olan real tələbatın ödənilməsi istiqamətində görülən tədbirlər ətraflı şəkildə müzakirə olunub.


Vəziyyətin dəyərləndirilməsi nəticəsində ümumi qənaət bu olub ki, rayonda suvarma sahəsində mövcud vəziyyət tam qənaətbəxş deyil və cari problemlərin aradan qaldırılması üçün vahid və sistemli yanaşmaya, su birliklərinin fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac vardır.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
81
14
bizim.media

10Mənbələr