AZ

"Real" onun barəsində qərar verdi

“Real Madrid”in futbolçusu Kilian Mbappe yeni mövsümdə 10 nömrəli formanı geyinəcək. Metbuat.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Qeyd edək ki, bundan əvvəl Kilian Mbappe 9 nömrəli forma ilə çıxış edib. 10 nömrəli formanı Luka Modriç geyinib. Modriç klubdan ayrılandan sonra 10 nömrəli formanın Arda Gülerə verilə biləcəyi barədə iddialar dərc edilmişdi. Qeyd edək ki, Kilian Mbappeyə 10 nömrəli formanın verilməsi təkcə idman deyil, həm də kommersiya baxımından böyük addım olduğu irəli sürülüb. Mbappenin yüz minlərlə 9 nömrəli formasını satan “Real Madrid” 10 nömrə ilə rekordlar qırmaq istəyir.

Seçilən
41
2
metbuat.az

10Mənbələr