AZ

“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə oynadı

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə Türkiyədə hazırlaşan "Turan Tovuz" növbəti yoxlama matçını keçirib.

Bizim.Media xəbər verir ki, təmilçimiz 1-ci Liqa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşıb.

90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə yekunlaşıb. "Turan Tovuz" qonşu ölkədə ilk yoxlama matçında isə "Çorum"la heç-heçəyə razı olmuşdu - 1:1.

Qeyd edək ki, Tovuz təmsilçisi avqustun 15-də start götürəcək çempionatın ilk turunda səfərdə "İmişli" ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr