AZ

Ukraynada 60 yaşdan yuxarı şəxslərin də hərbi xidmət etmələrinə icazə verildi

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmət üçün hazırda 60 yaş təşkil edən maksimum yaş həddinin artırılması haqqında qanunu imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq məlumat Ukrayna Ali Radasının saytında yerləşdirilib.

 

Ali Radada ikinci oxunuşda qəbul edilən sənədin lehinə 306 deputat səs verib.

 

Yeni qanuna əsasən, artıq 60 yaşı tamam olmuş şəxslər hərbi xidmət keçmək üçün müqavilə bağlaya biləcəklər.

 

Hazırda Ukraynada hərbi xidmətə 25-60 yaş arası kişilər çağırılır.

Seçilən
31
7
senzor.az

8Mənbələr