Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bəyan edib.
Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bildirib.
Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi. Sonradan o, ultimativ formada həmin müddəti azaldaraq 10-12 günə endirdiyini elan etdi.