AZ

Tramp ilin sonuna qədər Si Cinpinlə görüşməyi istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə şəxsi görüşünün ilin sonuna qədər baş tutacağını gözləyir.

Bakues.az xəbər verir ki, bunu Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

“O, görüşmək istəyir və mən də görüşü səbirsizliklə gözləyirəm. Deyərdim ki, bu, ilin sonuna qədər baş tutacaq”, – Tramp bildirib.

Eyni zamanda, Ağ Ev rəhbəri bildirib ki, ABŞ və Çin nümayəndələri arasında İsveçdə ticarət məsələləri üzrə danışıqlar çox yaxşı keçib.

Seçilən
70
5
icma.az

10Mənbələr