Mərkəzi Nəbatat Bağında istənilən növ canlının, o cümlədən həşəratların mövcudluğu mümkündür.
ONN media xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat Bağının azyaşlını ilan vurması ilə bağlı açıqlamasında bildirilib.
“Bağda təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirilir. Bu səbəbdən Nəbatat Bağında yaşayan canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar”, - açıqlamada qeyd olunub.
Bağın rəhbərliyi sakinlərdən və şəhərin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələrini, azyaşlıları diqqətdən kənar qoymamalarını xahiş edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta