ABŞ-nın müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Heqset qubernatorluğa namizədliyini irəli sürərsə, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.
Heqset son üç həftədir ki, namizədliyini irəli sürmək və kampaniyaya başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir. Bununla belə, Pentaqonun qaydalarına görə, Heqset qubernator postuna namizəd olmaq üçün müdafiə naziri vəzifəsindən istefa verməli idi.
Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell telekanala verdiyi şərhdə bu məlumatı təkzib edib və bildirib ki, Heqsetin diqqəti yalnız Prezident Trampın rəhbərliyi altında xidmət etməkdir.