Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə üsyançıların formalaşdırdığı Silahlı Qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmən Silahlı Qüvvələrinin raket qoşunları "Fələstin-2" tipli hipersəs ballistik raketlə Lod (Ben-Qurion - red.) hava limanına hücum edərək unikal hərbi əməliyyat həyata keçirib", - Saria üsyançılara məxsus “Al Masirah” televiziya kanalının efirində bildirib.