AZ

Kamçatka zəlzələsindən sonra sunami Yaponiyaya çatdı

Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyanın Hokkaydo adasının sahillərinə hündürlüyü təxminən 30 santimetr olan sunami çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.

Dalğa Hokkaydonun şərq ucunda yerləşən Nemuro liman şəhərində qeydə alınıb. Seysmoloqlar xəbərdarlıq ediblər ki, sunami bir neçə dalğa şəklində gələ biləcəyi üçün hündürlüyü üç metrə çatan sunami təhlükəsi qalmaqdadır.

Hakimiyyət ictimaiyyəti ayıq-sayıq olmağa və sunami təhlükəsi tamamilə aradan qaldırılana qədər sahilyanı əraziyə qayıtmamağa çağırıb.

Seçilən
45
5
publika.az

10Mənbələr