AZ

“Metroda yaxınlaşırlar ki, istəyirəm qızım...”

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"O vaxt biz Rusiyada aktyorluq fakültəsinə daxil olanda 100-dən çox oğlan, 5-10 qız gəlmişdi. O vaxt heç kim istəmirdi qızı aktrisa olsun. Hamı deyirdi, qızım həkim, oğlum hüquqşünas olsun".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "Xəbərin olsun" proqramında deyib. Aktrisa bildirib ki, bir vaxtlar valideynlər övladlarının incəsənətə gəlməsini istəmirdi:

"Amma indi metroda da gedəndə yaxınlaşırlar ki, qızımdır, istəyirəm aktrisa olsun, ona kömək et. Deyirəm, rejissor deyiləm ki... İndi zövqlər dəyişib. Sovet dövründə filmlərimizi xaricə göndərə bilsəydik mükafatlar qazanardıq. Elə bir dənə "Arşın mal alan" musiqisinə görə "Oskar" alardı. İndi də yaxşı filmlər var, amma tamaşaçı onu görmür. Tamaşaçının zövqü dəyişib. Onlara komediya lazımdır". (Axşam.az)Milli.Az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
7
news.milli.az

10Mənbələr