AZ

İngiltərə millisinin qapıçısı klubunu dəyişdi

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Nyukasl" İngiltərə millisinin qapıçısı Aaron Remsdeylin transferi üçün "Sauthempton"la razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder David Ornstein X sosial şəbəkəsində paylaşım edib.

Klublar 27 yaşlı ingilis üçün sonradan satınalma şərti ilə icarəyə razılaşıb. "Sauthempton" futbolçunun tibbi müayinədən keçməsinə və transferi müzakirə etməsinə icazə verib.

Qeyd edək ki, qolkiper 2024/25 mövsümündə bütün turnirlərdə 32 oyun keçirib və 68 qol buraxıb. 4 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
sport24.az

1Mənbələr