Demokrat.az xəbər verir ki, o bunu iyulun 24-də "Tsarqrad" telekanalının efirində deyib.
Markovun sözlərinə görə, Moskva ilə Bakı arasında münasibətlərin korlanmasına səbəb məhz təyyarənin vurulması olub.

"Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi, şübhəsiz ki, təyyarədir. Məlum olduğu kimi, biz ruslar təyyarəni vurmuşuq və bu, tamamilə aydındır", - Kremlə bağlı olan politoloq Sergey Markov deyib.
O qeyd edib ki, Azərbaycan hakimiyyəti təyyarəni Rusiyanın vurduğunu bilir və bunu Rusiya hakimiyyəti də bilir. Markov xatırladıb ki, Rusiya Federasiyasının İkinci Qarabağ Müharibəsi zamanı təsadüfən Rusiya hərbi helikopterini vurduğu zaman Azərbaycan rəsmən üzr istədi, günahkarları müəyyənləşdirib cəzalandırdı, təzminat ödədi.
Azərbaycan eyni cavabı Aktau yaxınlığında Azərbaycan təyyarəsinin vurulmasından sonra Moskvadan gözləyir. Markovun sözlərinə görə, Rusiya Federasiyası öz günahını etiraf etmir və atdığı addımı təyyarəni vuran hava hücumundan müdafiə sisteminin Ukrayna pilotsuz təyyarələrinin hücumunu dəf etməsi ilə əsaslandırır.
8Mənbələr
-
turkustan.azAZAL-ın təyyarəsini biz vurmuşuq - Rusiyalı politoloqdan etiraf ( 19850156)
-
turkustan.azAZAL-ın təyyarəsini biz vurmuşuq - Rusiyalı politoloqdan ETİRAF ( 19845233)
-
demokrat.azRusiyalı politoloqdan ETİRAF: AZAL-ın təyyarəsini biz vurmuşuq ( 19844456)
-
icma.azRusiyalı politoloq etiraf etdi: “AZAL-ın təyyarəsini biz vurmuşuq və bunu Moskva da bilir” – VİDEO ( 19842089)
-
modern.azAZAL-ın təyyarəsini biz vurmuşuq - Rusiyalı politoloqdan ETİRAF ( 19841798)
-
bakivaxti.azRusiyalı politoloqdan etiraf: AZAL ın təyyarəsini biz vurmuşuq və bunu Moskva da bilir VİDEO ( 19841309)
-
bakivaxti.azRusiyalı politoloqdan etiraf: "AZAL-ın təyyarəsini biz vurmuşuq və bunu Moskva da bilir" - VİDEO ( 19841303)
-
unikal.az"AZAL-ın təyyarəsini biz vurmuşuq və bunu Moskva da bilir" - Rusiyalı politoloqdan etiraf (VİDEO) ( 19840925)