AZ

Futbolsevərlərin NƏZƏRİNƏ: Bu gün "Qarabağ"ın oyunu var

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" bu gün növbəti mərhələyə yüksəlmək uğrunda İrlandiyanın "Şelburn" klubu ilə üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, səfərdən 3:0 hesablı qələbə ilə ayrılan təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə meydana saat 20:00-da çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" (İrlandiya) cütünün qalibi növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

Bizim.Media

Seçilən
52
24
bizim.media

10Mənbələr