AZ

Starbucks-ın qlobal satışları azalıb

Maliyyə təqvimində iyunun 29-da bitən üç aylıq dövrü 2025-ci maliyyə ilinin üçüncü rübü olaraq qəbul edən ABŞ-ın qəhvəxana şəbəkəsi Starbucks, balans hesabatını açıqlayıb.

Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, Starbucks şöbələri üzrə cəmi satışlar (mağaza satışları da deyilir - red) bu dövrdə 2% azalıb. Şirkətin satışları Şimali Amerika və ABŞ-da da 2 faiz azalıb, Çində satışlar isə 2 faiz artıb.

İyunun 29-da başa çatan üç aylıq dövrdə Starbucks-ın konsolidə edilmiş xalis gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 9,5 milyard dollar təşkil edib.

Həmin dövrdə şirkətin mənfəəti 47,1 faiz azalaraq 558,3 milyon dollar olub.

Starbucks-ın səhmbaşına qazancı da ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz azalaraq 49 sentə düşüb.

İsrailin Qəzzaya hücumlarına görə etirazlar və boykotlarla üzləşən şirkətlərdən biri olan Starbucks, qlobal satışlarında ardıcıl altıncı rübdür azalma olduğunu açıqlayır.

Qeyd edək ki, Şirkət 3-cü rübdə 308 xalis yeni mağaza (şöbə) açıb və dövrü 41 min 97 mağaza ilə başa vurub: Mağazaların 53% şirkət tərəfindən və 47% françayzilər tərəfindən idarə olunur. Üçüncü rübün sonunda ABŞ və Çindəki mağazalar şirkətin qlobal portfelinin 61%-ni təşkil edib, ABŞ və Çində müvafiq olaraq 17 230 və 7 828 Starbucks mağazası var.

Seçilən
23
marja.az

1Mənbələr