AZ

“Qarabağ” cavab matçına çıxır

Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”la (İrlandiya) cavab oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. 

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. 

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)

Seçilən
46
10
bakivaxti.az

10Mənbələr