AZ

Məhkəmə qadınları Türkiyədə cinsi istismara məruz qoyan 65 yaşlı şəxlə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Zəminə Bədəlzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.
 

İttihama görə, 1960-cı il təvəllüdlü Zəminə Bədəlzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan 25 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş digər qadınıa qabaqcadan əlbir olan bir qrup şəxs halında azərbaycanlı qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə edib. Həmçinin onla hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha artıq şəxs barəsində insan alveri, gabelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törədib. Təqsirləndirilən şəxsləri qadınları Türkiyədə cinsi istismara məcbur qoyublar.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zəminə Bədəlzadə 8 il müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 30 İyul 2025, 09:14   
Seçilən
51
3
pravda.az

4Mənbələr